“ABŞ hökuməti İranın hərəkətlərinin Amerikanı Tehranın boğazı bağlamaq üzrə ciddi niyyətlərinə inandırmaq üçün bir hiylə olduğunu istisna etmir”, - mənbələr bildiriblər.
Lakin onlar Vaşinqtonun minaların mövcudluğunu necə müəyyənləşdirdiyini açıqlamayıblar.
“Reuters”, öz növbəsində, vurğulayıb ki, bu cür kəşfiyyat məlumatları adətən peyk görüntüləri, gizli agentlər və ya bu üsulların kombinasiyasından istifadə olunmaqla toplanır.
ABŞ-nin Müdafiə nazirliyi hələlik bu məlumatı şərh etməyib.
Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Hörmüz boğazını bağlamayacağını bildirmişdi.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


